“Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya gedəcəyini və erməni əsirlərin evlərinə qayıtması barədə razılığa gələcəyini vəd etdi, əks halda heç bir şey imzalamayacaqdı. Amma vədlərini yerinə yetirmədi”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı jurnalist, “İzvestiya” qəzetinin direktorlar şurasının sədri Aram Qabrelyanov deyib.
“Paşinyan Moskvaya getdi, dörd saat danışıqlar apardı, çölə çıxdı və qabağına qoyulan hər şeyə imza atdığını bildirdi. Məsələləri həll edə bilmirdinsə, bura nə üçün gəlirdin? Sənə deyirəm, siyasətdə sənə deyilən olmur, “sən yaxşı oğlansan” deməklə məsələ həll edilmir”, - Qabrelyanov qeyd edib.
Jurnalist qeyd edib ki, Paşinyandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyev siyasətin incəliklərini yaxşı bilir.
Qabrelyanov Ermənistan baş nazirini “qorxaq dovşan” adlandırıb: “O, bir qorxaq dovşandır. Bu səbəbdən heç kim onunla bərabər şərtlərdə danışmayacaq və danışıqlar aparmayacaq”.