22 Yanvar 2021 12:35
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin binası qarşısına etiraz aksiyası keçirilir.

Teleqraf.com xəbər verir ki, aksiyada iştirak edənlər Armen Xaçatryan və Qaqik Djanqiryanın Ali Məhkəmənin hakimi seçilməsinə etiraz edirlər.

Etirazçılar bildirirlər ki, parlament bu şəxslərin Ali Məhkəmə hakimi kimi təyin edilməsinə razılıq verməklə ölkədə məhkəmə hakimiyyətini nəzarətə götürüləcək.

Aksiyadan əvvəl Vətən Partiyasının sədri Arsen Babayan elan edib ki, parlamentin fövqəladə iclası haqqında məlumat alıb: “İclasda bu iki şəxsin Ali Məhkəməyə təyin edilməsi barədə hökumətin təqdimatı müzakirə ediləcək. Bunlar ölkədə yeganə müstəqil hakimiyyət qolu olan məhkəmə hakimiyyətini özlərinə tabe etdirmək qərarı veriblər. Dövlətçiliyin məhv edilməsinin növbəti addımına etirazımı bildirmək üçün Milli Məclisin yanında olacağam. Hər kəsdən vətəndaş etirazına qoşulmalarını xahiş edirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər