Xankəndidəki separatçıların lideri Araik Arutyunyan İrəvana gedərək Ermənistanda Təhlükəsizlik Şurasının iclasında iştirak edib.
Teleqraf.com xəbər verir ki, İrəvanda Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasının keçirilməsini hökumət mənbələri də təsdiqləyib.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib ki, Baş nazir Nikol Paşinyan gələcəkdə bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib. Qeyd edib ki, hərəkətlərimizin “koordinasiya” edilməsi üçün belə görüşlərə ehtiyac var.
Paşinyan həmçinin separatçı Arutyunyanın iclasdakı iştirakını məlumat mübadiləsi adandırıb. Bildirib ki, gələcəkdə fəaliyyətlərin strateji və taktiki planlaşdırılması konteksində bu vacib addımdır.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə də iclas zamanı saxta separatçıların bayrağı gözə dəyməyib.