İrəvanda Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında təkbətək görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, görüşdə əsasən Qarabağ mövzusu və regional əməkdaşlıq məsələləri müzakirə edilir.
Xatırladaq ki, İran baş diplomatı bundan əvvəl Bakı və Moskvada müzakirələr aparıb.