3 Fevral 2021 15:50
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibə dövründə Ermənistan tərəfindən Qarabağda xarici muzdlu döyüşçülər vuruşub”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə erməni jurnalist Nairi Hokikyan çıxış edib.

Dağlıq Qarabağdakı müharibəyə könüllü qatıldığını bildirən Hokikyan qeyd edib ki, müharibə zamanı xaricdə yaşayan ermənilər savaşda iştirak məqsədilə erməni rəsmilərinə müraciət ediblər.

“Noyabrın 6-da könüllü qrupumla birlikdə Rusiya və Fransadan erməniləri Ermənistana daşıdım. Oktyabrın 12-də Amerikada mənimlə əlaqə saxlayan dostum Qarabağa gəlmək istədiyini dedi”, - erməni jurnalist söyləyib.

Qeyd edək ki, Krım parlamentinin deputatı Armen Murodyan müharibənin ilk günlərində Qarabağa 450 peşəkar döyüşçü göndərmək istədiyini açıqlayıb. Hokikyan Aleksandr Borodanın Qarabağa 7 min könüllü göndərməyə hazır olduğunu qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər