Ermənilərin Füzuli rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 2 hərbçisinin meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, meyitlərin şəxsiyyəti hələ məlum deyil. Bu səbəbdən də meyitlər məhkəmə-tibbi ekspertizadan keçiriləcək.
Qeyd edilir ki, bununla da Qarabağda meyitləri tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə çatıb.