Video əlavə olunub:
***
12:59
“Ermənistanda baş verən son siyasi proseslərin Azərbaycanla münasibətlərə təsiri qaçılmazdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli işçi qrupu fəaliyyət göstərir:
“Bu işçi qrupunun işi sərhədlərin müəyyənləşməsi və regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasına hesablanıb. Hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib, sabiq prezident Robert Köçəryan iqtidarı ələ keçirərsə, poroseslər 180 dərəcə dəyişə bilər. İlk növbədə, Azərbaycana qarşı münasibətlər kəskinləşərək, Qarabağa separatçı iddialar yenidən baş qaldıracaq.
Qənaətimə görə, Rusiya Köçəryanın hakimiyyətə gəlməsində maraqlıdır. Kənardan təlimat alan Köçəryanın Paşinyanı seçki yolu ilə məğlub etməsi bir qədər problematikdir, bu səbəbdən də o, hərbi çevriliş taktikasına əl ata bilər. Ermənistanın ikinci prezidentinin fəallaşması, Ermənistanda gərgin olan situasiyanı bir qədər də mürəkkəbləşdirəcəyi dəqiqdir. “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda” hərəkatın yaradılması da Köçəryanın planıdır.
Amma onun cəmiyyətdən dəstək alacağını demək çətindir. Cəmiyyətdə həm ona, həm də Rusiyaya qarşı münasibət birmənalı deyil. Xüsusən də Qarabağ müharibəsindəki ağır məğlubiyyətin fonunda...”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır:
“O, üçtərəfli işçi qrupunun müsbət nəticələr əldə edəcəyinə də ümid edir. Paşinyanın əsas hədəfi Ermənistanı blokadadan çıxarmaqdır. Bu baxımdan, Azərbaycanla münasibtələrin kəskinləşməsində maraqlı deyil. ABŞ və Qərbdən hələ də Paşinyana dəstək var, Amerikanın yeni prezidentinin bölgədəki proseslər diqqət artıracağı istisna deyil. Rusiya bu fonda öz mövqelərinin zəifləyəcəyindən ciddi narahatlıq keçirir. Belə bir situasiyada proseslərə nəzarət etmək üçün Köçəryanı qabağa verməsi mümkündür.
Rusiya maksimum çalışacaq ki, Köçəryan vasitəsilə müxalifəti toparlasın və parlament seçkilərində ciddi iğtişaşlara gətirib çıxaracaq bir xaos formalaşdırsın. Rusiya əldən çıxmaq üzrə olan regiona tam nəzarətini bərpa etmək istəyir. Paşinyan isə həm bunun, həm də hakimiyyətin əldən çıxmasının qarşısını almaq üçün Qərbdən aldığı dəstəyi artırmağa çalışacaq.
Paşinyanın “Qarabağ klanı” ətrafında formalaşan müxalifəti zəiflətmək və Rusiyanın siyasi müqavimətini qırmaq üçün apreldə kütləvi mitinqlərə başlayacağı da gözləniləndir”.