11 Fevral 2021 19:24
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin yaxınları etiraz aksiyalarını davam etdirib.

Teleqraf.com erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar Yerevanda hökumət binasının yaxınlığında mərkəzi prospekti bağlayıb.

Onlar Ermənistan hökumətini itkin düşənlərin tapılması və qaytarılması üçün heç bir addım atmamaqda ittiham edib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, ötən gün əsgər yaxınları Rusiya səfirliyi qarşısında aksiya keçirərək Rusiyadan kömək istəmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər