Bütün ermənilərin Katolikosu II Qaregenin İrəvan-Eçmədzin yolunda avtomobil qəzasına düşdüyü bildirilir.
Teleqraf.com xəbər verir ki, II Qaregenin qəzaya düşdüyü zaman yanında Qriqoryan kilsəsinin iki yüksək vəzifəli keşişi olduğu deyilir.
Məlumatda iddia edilib ki, katolikos avtoqəzadan dərhal sonra xəstəxanaya çatdırılıb.
Lakin Eçmədzin kilsəsi yayılan məlumatı təkzib edib. Bəyan edib ki, yayılan infomasiya yalan və həqiqətə uyğun deyil.