İrəvanın Azadlıq meydanında müxalifətin çoxminlik mitinqi başlayıb.
Teleqraf.com xəbər verir ki, mitinq Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə keçirilir.
Mitinq hökumət başçısının istefasını tələb edən 20-ə yaxın siyasi qüvvəni birləşdirən “Vətənin xilası hərəkatı” tərəfindən təşkil edilib.
Aksiyada müxalif siyasi və ictimai xadimlər, keçmiş deputatlar və keçmiş nazirlər, Erməni apostol kilsəsinin nümayəndələri iştirak edirlər.
Etirazçıların arasında Vazgen Manukyan, Seyran Ohanyan, Qagik Sarukyan, Artur Vanetsyan, İşxan Saqatelyan da var.