“Ermənistan Qarabağdakı döyüşlərdən sonra orduda islahatlar aparır, orduda hərbçi sayını optimallaşdırır, yeni silah və hərbi texnika sistemlərinə keçir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan “Ria Novosti”yə verdiyi müsahibədə bildirib.
Nazir erməni ordusunun yenilənməsində Rusiyanın da iştirak etdiyini bildirib:
“Ermənistanda hərbi islahatların həyata keçirilməsi nəinki planlaşdırılır, həm də artıq həyata keçirilir və rusiyalı həmkarlarımız bu prosesdə birbaşa iştirak edirlər”.
O, bu il yanvarın 25-dən 30-dək ikitərəfli razılaşmalara uyğun olaraq Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin Ermənistan Silahlı Qüvvələrinin islahatı və modernləşdirilməsinə kömək məqsədilə İrəvanda olduğunu xatırladıb.
Nazir bu səfər çərçivəsində gələcək planların razılaşdırıldığını deyib.