3 Mart 2021 15:09
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan polisi bu gün müxalifətin İrəvanda keçiriləcək mitinqi zamanı təxribat ola biləcəyini istisna etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı məlumatda bildirilib.

“Polis martın 3-də saat 16:00-da keçiriləcək mitinqdə təxribatların baş verə biləcəyi barədə məlumat alıb. Biz kütləvi tədbirləri qanunlar çərçivəsində keçirməyə, qanunsuz davranışlardan çəkinməyə və təxribatlara uymamağa çağırırıq”, - açıqlamada qeyd olunub.

Polisin qanuni səlahiyyətləri daxilində ictimai asayiş və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyi qeyd bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər