3 Mart 2021 21:43
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müxalifət lideri, “Vətənin qurtuluşu hərəkatı”nın rəhbəri Vazgen Manukyana qarşı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı çağırış vərəqi Manukyana bu gün keçirilən aksiya zamanı təqdim edilib.

O, ölkənin Konstitusiya quruluşunu zor gücünə devriməyə çalışmaqda ittiham olunur.

Manukyanın müttəfiqi Qegam Manukyan bu cür çağırış vərəqinin birinci dəfə gəlmədiyini və artıq buna öyrəşdiklərini deyib:

“Vagen Manukyan və digərləri artıq buna vərdiş ediblər. İstintaq Komitəsi onlarla belə vərəq göndərə bilər. Kağızlara heyfdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər