Ermənistan Prezidenti Armen Sərkisyan siyasi qüvvələrlə müzakirələr çərçivəsində bu gün ilk görüşünü Baş nazir Nikol Paşinyanla keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti bildirib.
Qeyd edilib ki, Armen Sərkisyan martın 13-də Baş nazir Nikol Paşinyan ilə görüşəcək.
Xatırladaq ki, 10 martda Prezident Armen Sərkisyan baş naziri, parlament fraksiyaları rəhbərlərini və “Vətənin Xilası” Hərəkatının liderlərini 13 martda Prezident iqamətgahında keçiriləcək görüşə dəvət etmişdi.
Məqsəd ölkə daxilində mövcud olan böhrandan çıxışın yollarını müzakirəsi idi.
“Maariflənmiş Ermənistan” və “Mənim addımım” fraksiyalarının liderləri Edmon Marukyan və Lilit Makunts görüşə razılıq veriblər.
“Vətənin Xilası” Hərəkatı isə müzakirələrdə müzakirə ediləcək məsələlərə dair şərtlərini irəli sürmüşdü. Radikal müxalifət elan etmişdi ki, görüşdə baş nazirin istefası, yeni seçkilərin keçirilməsi məsələsini müzakirə edə bilərlər.
“Çiçəklənən Ermənistan” Partiyası da radikal müxalifətlə eyni mövqedə olduğunu elan etmişdi.