15 Mart 2021 12:27
2 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan İrəvanda ona qurulan məhkəmə prosesindən canını qurtarmaq üçün xəstəxanaya “düşüb”.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.

Onun sözlərinə görə, Seyran Ohanyan hələ də xəstəxanadadır: “Onun müalicəsi hələ də davam edir. Vəziyyəti normaldır, lakin müalicəsini davam etdirmək üçün hələlik xəstəxanada qalacaq”.

Xatırladaq ki, İrəvanda martın 9-da keçirilən məhkəmə prosesində Ohanyan iştirak etməyib.

Bundan sonra məlum olub ki, hərbi cani martın 7-də hərbi hospitala yerləşdirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər