Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb.
“Bu gün “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qaqik Çarukyanla görüşdük. İclas zamanı mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun növbədənkənar parlament seçkiləri olduğu qənaətinə gəldik. Ermənistan prezidenti, “Mənim addımım” fraksiyası, “İşıqlı Ermənistan” fraksiyasının lideri Edmond Marukyanla apardığımız müzakirələri də nəzərə alaraq Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək”, – deyə o bildirib.