20 Mart 2021 20:21
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bölgədəki kommunikasiyaların blokadadan çıxarılması həm İrəvan, həm də Bakı üçün faydalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Azərbaycana xeyirdir, çünki Naxçıvanla birbaşa əlaqə yaradacaq. Bu xətlərin açılmasının Ermənistan üçün də faydaları olacaq. Çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə, iqtisadiyyatımızın inkişafına ehtiyacımız var”, - Paşinyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər