25 Mart 2021 13:58
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamenti bu gün keçirilən iclasında dövlətə xəyanət və casusluq cəzasını sərtləşdirməklə bağlı qanun qəbul edib.

Teleqraf.com xəbər verir ki, bundan sonra dövlətə xəyanət cinayəti əmlakı müsadirə olunmaqla ömürlük həbslə, casusluq isə 12 ildən 20 ilədək həbslə cəzalandırılacaq.

Bundan əvvəl dövlətə xəyanət əmlakı müsadirə edilməklə və ya edilməməklə 10 ildən 15 ilədək, casusluq isə 8 ildən 15 ilədək həbs cəzası ilə cəzalandırılırdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər