27 Mart 2021 14:36
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, Ermənistan 1998-ci ildə Rusiyada baş verən defolta bənzər durumla qarşılaşacaq.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Tadevos Avetisyan deyib.

İqtisadçı bildirib ki, 2,5,3 il ərzində milli borcun ölçüsü ümumdaxili məhsul baxımından 27 faiz artıb:

“Bundan əlavə, bu mərhələdə ümumdaxili məhsul xarici borcdan bir neçə dəfə yavaş artır".

“2020-ci ildə başlayan iqtisadi tənəzzül 2021-ci ildə davam edir. Alınan borc hansı resurs hesabına təmin ediləcək? Dövlət büdcəsinin gəlirlərindən? Gəlirlər azalırsa, iqtisadi tənəzzül yaranır, o zaman milli borcun artırılması üçün ehtiyac böyüyür”, - ekspert qeyd edib.

Avetisyan hesab edir ki, bütün bu amilləri müqayisə etdikdə Ermənistanın sabit addımlarla defolt yoluna doğru getdiyini demək olar.


Müəllif: Cavad

Oxşar xəbərlər