Ermənistanda revanşist müxalif qüvvələrə yaxın olan fəallar sosial şəbəkələrdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı “satqın” elan edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Qriqoryanın Ermənistan İctimai Televiziyasına verdiyi müsahibə zamanı Türkiyə haqqındakı fikirləri olub.
Təhlükəsizlik Şurasının katibi jurnalistin Türkiyənin artıq düşmən olub-olmaması ilə bağlı sualından ustalıqla yayınaraq regionda kommunikasiya xətlərinin blokdan çıxarılmasının daha geniş proses olduğunu qeyd edərək bildirib ki, erməni tərəfi bu məsələdə yanaşmasını düzəltməlidir.
Hazırda Armen Qriqoryan Ermənistanda müzakirə edilən əsas şəxsdir.
“Jurnalist sual verib ki, Türkiyə düşməndir, ya yox? Təhlükəsizlik Şurasının katibi isə deyib ki, yanaşmanı düzəltməliyik. Təsəvvür edirsinizmi? Bu 14 aprel ərəfəsində baş verir. Gizli bir erməni-türk prosesi və Baydendən gələn müsbət siqnallar olduğu qənaətinə gəlmək olar”, -bunu politoloq Suren Sərkisyan bildirib.