Ermənistan Baş naziri Nikol Paşinyan gələcək parlamentarilərin siyahısını hazırlamağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Joxovurd” məlumat yayıb.
“Ermənistan Baş naziri Nikol Paşinyan seçkilər üçün hərəkətə keçib və yaxın çevrəsindən yaxınlaşan erkən parlament seçkiləri üçün yeni siyahı hazırlayır”, - qəzet qeyd edib.
Nəşrin iddiasına görə, parlament sədri Ararat Mirzoyan Paşinyanın “qara siyahı”sında yer alıb, bu səbəbdən də onun yeni seçki siyahısında olacağı ehtimalı azdır.