Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyət gərgindir.
Teleqraf.com xəbər verir ki, müharfibədə İtkin düşən əsgərlərin valideynləri müdafiə idarəsinin binasına soxulmağa çalışırlar.
Etirazçılar müdafiə naziri Vaqarşak Arutyunyan və baş qərargah rəisi Artak Dakvtyanın onlarla görüşmək üçün binadan çıxmalarını tələb edirlər.
Bəzi etirazçılar nəzarət-buraxılış məntəqəsinin divarına qalxıblar, polis və hərbçilər onları endirə bilmir. Hələlik etirazçılara zorakılıq tətbiq edilməyib, lakin onların sayı getdikcə artır.
Hüquq-mühafizə orqanları valideynləri sakitləşdirməyə çalışsa da, indiyədək heç bir nəticə əldə olunmayıb.
Aksiya dünən səhər başlayıb. İtkin düşənlərin yaxınları maşınlarla Müdafiə Nazirliyinin bütün giriş və çıxışlarını bağlayıblar. Polislər etirazçılarla danışıqlar aparsa da, heç bir nəticə əldə edilmir. Vətəndaşlar müdafiə idarəsinin binasını blokadadan çıxarmaq istəmirlər.