11 Aprel 11:56

Ermənistanda son sutkada koronavirusa 650 yoluxma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Ermənistanda koronavirusa yoluxanların sayı 202 817-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 735 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 181 963-ə yüksəlib.

Hazırda 16 167 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.


Müəllif: Teleqraf.com