14 Aprel 2021 11:59
3 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan parlament iclasında Qarabağdakı müharibə ilə bağlı bir sıra detallara toxunub.

Teleqraf.com xəbər verir ki, baş nazir bir sıra məqamların aydınlaşdırılmasının vacib olduğunu deyib.

Onun sözlərinə görə, keçmiş baş qərargah rəisi Onik Qasparyanın ona müharibənin dördüncü günündə döyüş əməliyyatlarına son qoymağın lazım olduğunu, əks təqdirdə ordunun resurslarının çox yaxında tükənəcəyini söyləməsi haqda iddiaları doğru deyil:

"Onik Qasparyanın bəyanatındakı bu məqamın reallıqla heç bir əlaqəsi olmadığını tam məsuliyyətlə bildirmək istəyirəm. Baş Qərargah rəisi bunu demədi. Söhbət Təhlükəsizlik Şurasının iclasından gedir".

Paşinyan vurğulayıb ki, Qasparyanın əksinə, o, qarşı tərəfin heç bir uğur qazana bilmədiyini deyib: "Bildirdi ki, ordu vəzifələrini yerinə yetirir və sona qədər yerinə yetirəcək. Bunu mənə sentyabrın 30-da bildirdi".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər