23 Aprel 2021 16:11
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Əmək və sosial məsələlər naziri Mesrop Arakelyan istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “Facebook” hesabında bildirib.

Nazirin öz doğum günündə istefa verməsi diqqət çəkir.

Məmurun sözlərinə görə, o, müharibədən sonrakı çətin dövrdə məsuliyyəti bir məqsədlə – Qarabağdakı müharibə ilə əlaqədar yaranan sosial fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün öz üzərinə götürüb.

Qeyd edək ki, Arakelyan son vaxtlar hökumətin bir sıra qərarları ilə razılaşmadığını dilə gətirib. Xüsusilə, yeni il tətilinin 2 yanvar tarixinədək ixtisar edilməsinin əleyhinə çıxıb. O, bununla bağlı qərar layihəsinin iqtisadi məqsədəuyğunluğu baxımından birmənalı olmadığını qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər