Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan koronavirus infeksiyasına qarşı peyvənd vurdurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyan Feysbukda bildirib.
“Bu gün Anna və mən özümüzü koronavirusdan qorumaq üçün peyvənd olunduq”, – deyə Paşinyan yazıb.
O, Ermənistan vətəndaşlarını fəal şəkildə peyvənd olunmağa çağırıb.