7 May 2021 23:57
31 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İstintaq Komitəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibə zamanı hansı əsaslarla Qarabağda bunkerdə olmasını araşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İK-dən "Faktİnfo"nun sorğusuna cavab olaraq bildirilib.

Agentlik Anna Akopyanın müharibə zamanı hansı əsaslarla bunkerə getməsi, onun hər hansı məxfi informasiyaya sahib olub-olmaması və bu hüququn ona kim tərəfindən verilməsi ilə bağlı sorğu ünvanlayıb. Lakin İstintaq Komitəsindən bildirilib ki, bu məsələ ilə bağlı istintaq sirri olduğu üçün geniş məlumat verə bilməzlər.

"Bir sözlə, qurumdan bu məsələnin araşdırma mövzusu olduğu inkar edilmədi, sadəcə ictimaiyyətə məlumat verilməsini məqsədəuyğun hesab etmədilər", - agentliyin məlumatında deyilir.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan mətbuat konfransında Qarabağdakı müharibə zamanı Anna Akopyanı bunkerdə gördüyünü söyləyib. Erməni general onun monitor qarşısında əyləşərək döyüşlərin qeydə alınmasına baxdığını bildirib. Movses Akopyan eyni zamanda, onun suallar vermədiyini və heç nə söyləmədiyini qeyd edib. Akopyanın sözlərinə görə, Paşinyanın xanımına yaxınlaşaraq onun məntəqədə olmasına ehtiyac duyulmadığını deyib. General əlavə edib ki, bundan sonra Paşinyanın adından onun bunkerdə görünməsi qadağan edilib.

Daha sonra Nikol Paşinyan özü video-müraciətində Anna Akopyanın Qarabağdakı bunkeri onun adından ziyarət etdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər