8 May 2021 12:33
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 1-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və üçüncü prezidenti Serj Sərkisyan arasında görüş olub.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Levon Ter-Petrosyan Serj Sərkisyana seçkilərə birlikdə getməyi təklif edib.

Lakin Serj Sərkisyan bu təklifi rədd edib və bildirib ki, belə bir əməkdaşlığın təsiri ola bilməz. Sərkisyan eyni zamanda qeyd edib ki, əgər bütün sabiq prezidentlərin bir platformada birləşməsi mümkün olarsa, bunun təsiri ola bilər.

Qeyd edək ki, Sərkisyandan əvvəl Robert Köçəryan Ter-Petrosyanın təklifini rədd edib. Bununla da bəlli olub ki, iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə əsas siyasi qüvvələr ayrı-ayrılıqda və öz ətrafında olan kiçik partiyaları ilə birlikdə gedəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər