Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Sarukyan Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy, “Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverov və Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini Kazbek Taysayevlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan partiyasının mətbuat xidməti məlumat yayılıb.
Görüşdə Ermənistan-Rusiya münasibətləri və bölgədəki son durumun müzakirə olunduğu iddia edilib.
Sarukyan bundan əvvəl İrəvanda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Həmsöhbətlər ölkələr arasında qarşılıqlı əlaqə məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Qagik Sarukyan iyun ayında keçiriləcək erkən parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.