Parlament seçkiləri öncəsi İrəvan Cənubi Qafqazın kriminal hadisələrin mərkəzinə çevrilib.
Teleqraf.com xəbər verir ki, son bir ayda Ermənistan paytaxtında bir neçə atışma, sui-qəsd baş verib.
Dünən gecə saatlarında İrəvanın Şenqavit məntəqəsinin tibb mərkəzinə güllə yarası alan bir nəfər daxil olub.
Əraziyə polis gəlsə də, həkimlər yaralının səhhətinin ifadə verəcək durumda olmadığını deyiblər.
Polis yaralı İrəvan sakini, 27 yaşlı Hövsepin xəstəxanaya Baqratunyan küçəsindən gətirildiyini müəyyən edib. Bu ünvana çatan İrəvan polisi 13 DD 331 nömrəli BMW model avtomobil müəyyən ediblər. Avtomobilin üzərində güllə, salonunda isə qan izləri aşkar edilib.