“Xainlərlə heç nəyi müzakirə və mübahisə etmirlər, onlar dərhal cəhənnəmə göndərilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Robert Köçəryanın “Ermənistan” seçki blokunun üzvü İşxan Saqatelyan deyib.
“Daşnaksütyun” partiyasının üzvü Baş nazir Nikol Paşinyanı “xəyanət”də ittiham edib və bunun əvəzini ödəyəcəyini bildirib.
“Xainlərlə mübahisə etmir və müzakirələr aparmırlar, onlar cəhənnəmə göndərilməlidirlər”, - Saqatelyan söyləyib.
O, bunun mütləq baş verəcəyini vurğulayıb.
Qeyd edək ki, Paşinyan bundan əvvəl rəqiblərinə müraciətində özünü cəsarətli göstərməyin asan olduğunu deyib. O, rəqiblərini - Ermənistanın birinci və ikinci prezidentlərini (Levon Ter-Petrosyan və Robert Köçəryan) açıq debata çağırıb.