Qarabağda müharibə zamanı həlak olan 200-dən çox erməni hərbçinin cəsədi gizlədilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ölən hərbçilərin yaxınları paytaxt İrəvanın Heratsi küçəsini bağlayıblar və hökumətdən Qarabağda öldürülənlər barədə tam məlumat vermələrini tələb edirlər.
Etirazçılara görə cəsədlər meyitxanalarda və soyuducularda gizlədilib.
“Uşaqlarımızın cəsədləri yalnız indi ailələrinə təhvil verilir”, - itkin düşənlərdən birinin atası Arsen Qukasyan deyib.
Etirazçılar hökumətdən ölən əsgərlərin yaxınları ilə birlikdə hadisəni araşdırmaq üçün xüsusi komissiya yaratmağı tələb edirlər.
Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Rafael Vardanyan danışıqlar üçün etirazçıların qarşısına çıxıb.