2 İyun 2021 19:56
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvan şəhərində Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilir.

Teleqraf.com xəbər verir ki, əsasən “Daşnaksütyun” partiyasının gənclər qanadının nümayəndələrindən ibarət olan bir qrup gənc səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyanın istefasını tələb edir.

“Əgər onlarda azacıq insanlıq qalıbsa, Avanesyan istefa verməlidir”, - deyə etirazçılardan biri jurnalistlərə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl xəstəxanalardan birinin “morq”unda Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin plastik torbalara yığılmasını əks etdirən görüntülər yayılıb.

Etirazçılar yayılan görüntülərlə bağlı nazir vəzifəsini icra edən A. Avanesyanın istefasını tələb edir.

Aksiya zamanı bir neçə nəfər saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər