18 İyun 2021 14:46
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndiliyinin direktoru Armen Navasardyan bu gün keçirdiyi mətbuat konfransında ölkənin müxtəlif bölgələrində 1105 respondentin iştirakı ilə 14-16 iyun tarixlərində keçirilən sorğunun nəticələrini açıqlayıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, sorğu 20 iyunda keçirilən parlament seçkilərində iştirak edəcək siyasi partiya və blokların seçici içərisində dəstəyinin göstəricisi sayılır.

Respondentlərdən “hansı partiya və seçki blokuna səs verəcəksiniz” sualına cavabların nəticəsinə görə, Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku 28,7,1 faizlə birinci yerə çıxıb.

İndiki Baş nazir Paşinyanın lideri olduğu “Mülki müqavilə” 25,2 faizlə ikinci, Serj Sərkisyanın dəstək verdiyi “Şərəfim var” bloku 10, 8 faizlə üçüncü yerdədir. Levon Ter Petrosyanın lideri olduğu Erməni Milli Konqresinə respondentlərin 1.5 faizi səs verib.

Son sorğuda əsas mübarizənin Paşinyan və Köçəryan arasında gedəcəyini göstərir.

Son iki gündə ən əhəmiyyətlisi kimə səs verəcəyinə qərar verməyən seçici qrupunun hansı qüvvəyə tərəf yönəlməsidir. Məsələn, respondentlərin 5,2 faizi sorğuda qoyulan suala cavab verməkdən imtina edib. 2,7 faizi heç kimə səs verməyəcəyini deyib. 4,1 faizi isə suala cavab verməkdən çətinlik çəkib.

Beləcə məlum olub ki, respondentlərin 10 faizi yaxın iki gündə əsas qüvvələrdən birinə doğru çeyl edə bilər. Bu da seçkinin taleyinin həll edilməsinə səbəb olar.


Müəllif: Teleqraf.com