Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiyaya işgüzar səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Moskvada Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək və bu görüşdə Ermənistan-Rusiya strateji gündəliyi ilə bağlı məsələlər müzakirə ediləcək.
Tərəflər, həmçinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamələrin icrası, hərbi əməliyyatlardan təsirlənmiş Dağlıq Qarabağ əhalisinə humanitar yardım və regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını müzakirə edəcəklər.