17 İyul 2021 16:21
1 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistana Rusiya ilə əlaqə qurmaq üçün dəhliz verməkdən imtina edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə birgə keçirdiyi brifinq zamanı bildirib.

“Azərbaycan bundan imtina edir ki, bu da razılaşmaların pozulmasıdır. Üçtərəfli bəyanat nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasını da nəzərdə tutur. Lakin Bakı bu prosesi Ermənistan-Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolu xəttinin istifadəsi üçün dəhliz təqdim etməkdən imtina etməklə əngəlləyir”, - deyə o bildirib.

Eyni zamanda, o, Ermənistanın regional kommunikasiyaların blokdan çıxarılması istiqamətində davamlı olaraq çalışacağını bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər