“Ermənistan silahlı qüvvələri sərhəddəki strateji mövqeləri tərk edərək gələcəkdə delimitasiya üçün azərbaycanlılara təhvil verib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” blokunun rəhbəri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sənədə imza atsa, Qarabağı Azərbaycan ərazisi kimi tanımalı olacaq.
Ohanyan bu durumda da Ermənistanın uduzan tərəf olacağını bildirib:
“Bu gün sərhəddəki vəziyyət belədir: Azərbaycan Silahlı Qüvvələri sərhəddəki mövqelərini irəli çəkir, Ermənistan silahlı qüvvələri isə strateji mövqeləri tərk edərək gələcəkdə delimitasiya üçün azərbaycanlılara təhvil verir”.
Xocalı cəlladı hesab edir ki, bu vəziyyətdə sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlamaq Ermənistan üçün son dərəcə təhlükəlidir:
“Delimitasiya və demarkasiya Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur”.
Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd məsələsinin hakimiyyətin gündəmində olduğunu bildirib.