“Əgər Paşinyan Rusiyaya aşiq olubsa, Krımda istirahət etsin, Soçidə yox”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert Ermənistan Baş naziri Nikol Paşinyan və ailəsinin Soçiyə istirahətə getməyə hazırlaşdığını bildirib:
“Erməni mətbuatı yazır ki, Ermənistan baş naziri Rusiyaya aşiq olub. Buna görə, Nikol Paşinyan məzuniyyətini ailəsi ilə birgə Soçidə keçirəcək. Onun və ailəsinin avqustun 26-da Rusiya kurortuna gedəcəyi deyilir. Əgər Rusiyaya aşiq olubsa, niyə Krıma getmir?”