18 Sentyabr 2021 10:58
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda daha bir zabit həbs edilib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi hərbi xidmət qaydalarını pozmaq ittihamı ilə həbs edilib.

Departament bir hərbçinin ölümü və digərinin güllə yarası alması ilə bağlı ilkin araşdırmanı davam etdirir. Daha əvvəl iş çərçivəsində onların həmkarı saxlanılıb və onlara qarşı Cinayət Məcəlləsinin 365 (döyüş vəzifəsi və ya hərbi xidmət qaydalarını pozma) ittiham verilib. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaqın vəsatətini təmin edib. İlkin istintaq davam edir.


Müəllif: Cavad