Ermənistan Prezidenti Armen Sarkisyanın müşaviri Hamlet Qasparyan 71 yaşında ölüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə “news.am” xəbər yayıb.
2018-ci ildə müşavir vəzifəsinə təyin olunan Qasparyan Xarici İşlər Nazirliyində, ölkəsinin Böyük Britaniya və Fransadakı səfirliklərində birinci katib və müşavir vəzifələrində, telekanalda, qəzetlərdə çalışıb.