27 Sentyabr 12:53
1 007

Ermənistan ordusu Azərbaycanla 44 günlük müharibədə 3781 hərbçisini itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Müharibə nəticəsində 3781 hərbçinin öldüyü, 231-nin isə itkin düşdüyü bildirilib.

Açıqlamada indiyədək Azərbaycan tərəfinin müharibədə əsir düşmüş 108 nəfəri qarşı tərəfə təhvil verdiyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu