Ermənistan baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan rəsmi şəxslərin kabinetlərində Baş nazir Nikol Paşinyanın fotolarının asılmasından danışıb.
Teleqraf.com xəbər verir ki, o, müzakirə mövzusuna çevrilən bu qərarda heç bir qəbahətin olmadığını bildirib.
“Məsələn, Serj Sərkisyandan fərqli olaraq Nikol Paşinyan seçilmiş liderdir”, - Arutyunyan bildirib.
Ermənistanın ədliyyə naziri Karen Andreasyanın verdiyi açıqlama da müzakirə mövzusuna çevrilib. O, iş zamanı Nikol Paşinyanın fotosuna baxdığı anlar olduğunu deyib.
Andreasyan bunu işinə daha dürüst yanaşmaq və qərəzsiz olmaq üçün etdiyini söyləyib.
“Dövlət başçısının fotoşəkili bayraq və gerb kimi simvoldur”, - nazir bildirib.