Bu gün Ermənistan paytaxtı İrəvanda növbəti qətl hadisəsi baş verib.
Teleqraf.com Shamshyan.com-a istinadla xəbər verir ki, paytaxt polisinə səhər saat 09:00 radələrində məlumat daxil olub.
Polis dərhal hadisənin baş verdiyi Fanarjyan 3 ünvanına yollanıb.
Burada qətlə yetirilən şəxsin cəsədi tapılıb. Ekspertin sözlərinə görə, meyitdə zorakılıq izlərinə rast gəlinib. Ölən şəxsin 54 yaşlı Tiqran K. olduğu müəyyən edilib.
Qeyd edək ki, Ermənistan bu ilin mayında keçirilən patlament seçkilərindən sonra kriminal cinayətkarların əsl paytaxtına çevrilib. Bu ölkədə demək olar ki, hər gün kriminal cinayətkarların "razborka"sı və qətl hadisələri baş verir.
Xatırladaq ki, bir neçə gün əvvəl İrəvanda baş verən növbəti qarşıdurma zamanı 4 nəfər güllələnib, 4 nəfər yaralanıb.