Suren Papikyanın Ermənistan Müdafiə Nazirliyinə rəhbər təyin edilməsindən sonra boş qalan baş nazirin müavini postunu ekologiya naziri Romanos Petrosyan tutacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edib ki, Petrosyan həm də qeyri-rəsmi funksiyaları yerinə yetirəcək, yəni yerli hakimiyyət orqanlarına nəzarət edəcək.
“Düzdür, Qnel Sanosyan bu sahəyə rəhbərlik edir, amma bizim hökumətdəki mənbələrimizə görə, o, siyasi göstərişlərə əməl etməyə o qədər də həvəsli deyil. Bu səbəbdən də hakimiyyət strukturlarına nəzarət Suren Papikyana həvalə olunub”, - qəzet bildirib.