17 Noyabr 2021 12:22
2 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Qazaxıstan və İsraildə səfirlər səviyyəsində təmsil olunmur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Ermənistanın bir sıra yaxın və uzaq ölkələrdə səfirləri yoxdur.

Nəşr bununla bağlı Ermənistanın hansı ölkələrdə diplomatik missiyasının olmadığını öyrənmək üçün Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərib.

XİN-dən cavab olaraq bildirilib ki, hazırda Ermənistan Qazaxıstan, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İraq, eləcə də Avropa Şurasında səfirlər səviyyəsində təmsil olunmur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər