21 Noyabr 2021 11:58
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda daha 492 nəfərdə koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 334 075 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 25 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 278-ə çatıb.


Müəllif: Teleqraf.com