Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası ölkənin ombudsmanı vəzifəsinə ədliyyə nazirinin müavini Kristina Qriqoryanın namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın parlamentdəki fraksiyası məlumat yayıb.
“Vətəndaş Müqaviləsi” fraksiyasının növbəti iclasında Ermənistanın hüquq müdafiəçisi vəzifəsinə Kristina Qriqoryanın namizədliyinin irəli sürülməsi qərara alınıb”, – Mülki Müqavilə fraksiyasının Feysbuk səhifəsində deyilir.
Kristina Qriqoryan 2019-cu ilin iyul ayından ədliyyə nazirinin müavini vəzifəsini icra edir, 2021-ci ilin aprelində nazirin birinci müavini təyin olunub.
Hazırkı ombudsman Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci ilin fevralında başa çatır. O, 2016-cı ildə Ermənistanın ombudsmanı seçilib.
Tatoyan Baş nazir Nikol Paşinyanın komandasında Azərbaycana qarşı ən radikal və aqressiv mövqe tutan şəxslərdən biri kimi tanınır.