Ermənistan parlamentində kreslo qalmaqalı davam edir.
Teleqraf.com xatırladır ki, bir gün əvvəl parlament dəhlizdən kreslolar yoxa çıxıb.
Nəticədə jurnalistlər işləmək üçün yerdə oturmağa məcbur olublar. Dördüncü hakimiyyət nümayəndələrinin özlərinin dediyinə görə, kreslolar parlament spikeri Alyon Simonyanın birbaşa göstərişi ilə götürülüb.
İddiaya görə, spiker yaxınlaşanda operatorların və jurnalistlərin ayağa qalxmaması onu narazı salıb.
Bu gün jurnalistlər bu məsələ ilə bağlı Ombudsmanlığa namizəd, ədliyyə nazirinin müavini Kristin Qriqoryanın fikrini öyrənməyə çalışıblar. Qriqoryan jurnalistlərlə siyasi xadimlər arasında əməkdaşlığın vacibliyini deyib.
Qriqoryan bildirib ki, jurnalistlərin missiyası siyasi proseslər və siyasi xadimlərin fəaliyyəti haqqında məlumat verməkdir. Kreslolarla bağlı Qriqoryan deyib ki, məsələnin təfərrüatlarını bilmir, ilk dəfədir eşidir.