Ermənistanın siyasi və dövlət xadimi, 1974-1988-ci illərdə Ermənistanın birinci şəxsi – Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçyanın həyat yoldaşı Rima Dəmirçyan vəfat edib.
Teleqraf.com xəbər verir ki, R.Dəmirçyan 89 yaşında dünyasını dəyişib.
R.Dəmirçyan son günlər Erebuni tibb mərkəzində qalırdı. Onun ölümü barədə məlumatı da sözügedən tibb mərkəzi yayıb.
Qeyd edək ki, Rimma Dəmirçyan uzun illər Politexnik Universitetində dərs deyib. Son illərdə o, Karen Dəmirçyan xeyriyyə fonduna rəhbərlik edib.
R.Dəmirçyanın vəfatı ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan başsağlığı məktubu göndərib. “Mən “Karen Dəmirçyan” Xeyriyyə Fondunun direktoru, Ermənistanın milli qəhrəmanı, siyasi və dövlət xadimi Karen Dəmirçyanın həyat yoldaşı Rima Dəmirçyanın vəfatı barədə dərin hüznlə xəbər tutdum. Karen Dəmirçyanın faciəli ölümündən sonra xanım Dəmirçyan öz fəaliyyəti ilə həyat yoldaşının xatirəsini yaşadıb, bununla da Karen Dəmirçyanın dövlət, milli və siyasi xadim obrazının tamamlanmasına öz töhfəsini verib”, - deyə N.Paşinyanın teleqramında bildirilib.
Bu ilin aprelində Teleqraf.com saytında R.Dəmirçyanın o dövrdə baş verən hadisələrlə bağlı diqqətçəkən açıqlamalarının yer aldığı müsahibəsi yerləşdirilmişdi.