30 Dekabr 2021 13:29
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb və iş yanvarda məhkəməyə veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bu yaxınlarda Tonoyanın vəkilləri müstəntiqə cinayət işinə xitam verilməsi barədə vəsatətlə müraciət etsələr də, vəsatət təmin edilməyib. Onlar bu imtina ilə bağlı prokurorluğa şikayət edəcəklər. Tonoyan vəkillərə bildirib ki, vəsatət rədd edilərsə, o zaman danışmaq vaxtı gələcək və o, daha susmayacaq - sensasion açıqlamalar verəcək.

Ermənistan İstintaq Komitəsi ordunun sərəncamına verilən silah-sursatların, xüsusən də keyfiyyətsiz, istifadəyə yararsız raketlərin əldə edilməsində sui-istifadə halları ilə bağlı cinayət işi açıb. Cinayət işi çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan, biznesmen, silah təchizatçısı David Qalstyan (“Patron Davo”), Silahlı Qüvvələrin baş qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan da daxil olmaqla 7 nəfərə qarşı ittiham irəli sürülüb. Tonoyan külli miqdarda mənimsəmədə ittiham olunur. Söhbət 2 milyard 277 milyon 323 min dramdan gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər